Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kuk: “Stiv Cobs kimi olmağa çalışmıram”


“Apple” korporasiyasının yeni baş direktoru Tim Kuk Kaliforniyada açılmış “All Things Digital” konfransı çərçivəsində şirkətin gələcəyini necə gördüyü haqqında danışıb, həmçinin bildirib ki, o, Stiv Cobs kimi ola bilməz və onun idarəetmə stilini təkrarlamayacaq. "Stiv Cobs gələcəyi hiss edirdi, mənim vəzifəm isə heç vaxt onu əvəz etməkdən ibarət olmayıb” – Tim Kuk öz fikirləri ilə bölüşüb.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Kaliforniyada toplaşmış bir çox İT jurnalistləri Tim Kukdan “Apple” korporasiyasının yeni məhsulları haqqında məlumat gözləyirdilər, lakin heç bir informasiya verilmədi. O bildirib ki, “Apple” şirkəti yeni məhsullarını reliz anına kimi həmişə gizli saxlayıb.

“Apple” korporasiyasının televiziya bazarı üçün məhsullar tədarük etməsi ilə bağlı suala cavab verən Kuk bildirib ki, televiziya sahəsi şirkət üçün kifayət qədər maraqlıdır və o, şirkətin gələcək strategiyasında, şübhəsiz ki, yer alacaq.


 
EMİL





30/05/12    Çap et