Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Huqo Çaves mikrobloqunun 3 milyonuncu abunəçisinə ev hədiyyə edib


Marqarita adasında yaşayan 19 yaşlı Natalya Valdiveso Venesuela prezidenti Huqo Çavesin “Twitter” hesabına abunə yazılıb və qızın dövlət başçısının mikrobloqunun 3 milyonuncu abunəçisi olduğu məlum olub.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Huqo Çaves bununla bağlı Natalya Valdivesoya yeni ev hədiyyə edib.

Məlumat üçün bildirim ki, Venesuela prezidenti “Twitter” xidmətində 2011-ci il aprelin 27-də qeydiyyatdan keçib və avqustun sonunadək abunəçilərinin sayı 2 milyonu ötmüşdü. 2 milyonuncu abunəçiyə kompyuter hədiyyə edilmişdi.
 



EMİL





31/05/12    Çap et