Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos”ASC-də tender təkliflərinin açılış mərasimi keçirilib


“Azərkosmos”ASC-də aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması” üzrə  keçirilən satınalma prosesi çərçivəsində təqdim olunan tender təkliflərinin açılış mərasimi keçirilib.

“Azərkosmos”ASC-dən verilən məlumata görə, açılış mərasimində iştirak haqqını ödəyərək tenderin əsas şərtlər toplusunu götürən  və təklif təqdim edən iddiaçı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib. Xatırladaq ki, təkliflərin qiymətləndirilməsi aparıldıqdan sonra tenderin qalibi olan şirkətin adı açıqlanacaq.










RƏVAN




31/05/12    Çap et