Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyasını dəyişənlərin «Facebook» səhifələri bağlanacaq


«Facebook» sosial şəbəkəsi ondan istifadə edən şəxslərin dünyasını dəyişdikdən sonra səhifələrinin bağlanması ilə bağlı qərar qəbul edib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən sosial şəbəkə bundan sonra dünyasını dəyişən istifadəçilərin səhifəsinə “Memorialise” sözünü yazacaq.

Bu sözün mənası “Xatirələrimizdə” deməkdir. Bundan başqa, istifadəçinin xüsusi məlumatları da saytdan silinəcək. Bu “Memorialise” yazısını isə yalnız ölən şəxsin dostluğunda olanlar görə biləcək və profil açıq olsa belə, orada paylaşmalar etmək mümkün olmayacaq. Lakin şəxsin profilinə yazılar yazıla biləcək. Eyni zamanda digərləri dünyasını dəyişən şəxsə dostluq təklifləri göndərə və ona göz vura bilməyəcəklər.

Bütün bunlarla bağlı «Facebook» Təhlükəsizlik Müəssisəsinin başçısı Max Kelly öz bloqunda yazıb ki, mövzu araşdırılıb və vəfat edən istifadəçilərin səhifələrinin hələ də aktiv olması məqbul sayılmayıb.

Amma bəzilərinin bu yeniliyi pislədiyi bildirilir. Əldə olunan məlumatlara görə, «Facebook» istifadəçinin dünyasını dəyişməsi ilə bağlı onun ailəsindən və ya yaxınlarından bununla əlaqədar olaraq elan tələb edə bilər və yalnız bundan sonra onun səhifəsinə “Memorialise” yazılacaq.

SEYMUR





01/06/12    Çap et