Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni domenlər satın almaq istəyir


Google” şirkəti “.google”, “.youtube” və “.docs” kimi şəxsi domen zonalarının yaradılması üzrə prosesə başlamaq niyyətindədir.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, internet-nəhəngin rəsmi bloqundan verilən məlumata görə, şirkət müvafiq ərizələri “ICANN” təşkilatına vermək istəyir.

Məlumat üçün bildirim ki, yüksəksəviyyəli domen zonasının  yaradılmasının qiyməti 185 min dollar təşkil edir və hər il xidmət üçün 25 min dollar xərcləmək lazım olacaq.

“ICANN” təşkilatı 2012-ci il mayın 30-da “New gTLD” proqramı üzrə domenlərin qeydiyyatı üçün ərizə qəbulunu dayandırıb.
 



EMİL





01/06/12    Çap et