Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müdafiə Sənayesi Nazirliyinə onlayn müraciət etmək olar


Müdafiə Sənayesi Nazirliyinə (MSN) onlayn müraciət xidməti artıq istifadədədir. Nazirliyin göstərdiyi elektron xidmətlərə daxil edilən “Elektron müraciət” qismən avtomatlaşdırılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MSN-dən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, bununla da istifadəçilər Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə -müdafiə sənayesi nazirinə və onun müavinlərinə onlayn qaydada ərizə, təklif, şikayət və sorğular göndərə və müraciətlərə cavab ala bilərlər: “Daxil olan müraciətlərə mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə baxılır.

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək baxılır. Daha sonra müraciət etmiş şəxslərə - vətəndaşlara, hüquqi şəxslərə əsaslandırılmış cavab verilir”. İnteraktiv bu xidmət növü üçün ödəniş tələb olunmur: “Bu elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır”.
 


HƏQİQƏT





04/06/12    Çap et