Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mobil TV” xidmətinə tələbat çoxalıb


Limitsiz “Mobil TV” paketini sifariş etməklə abunəçilər birbaşa olaraq mobil telefondan istər yerli, istərsə də xarici kanalları istədikləri qədər seyr edə bilərlər.
Azərbaycanda ilk dəfə olaraq “Nar Mobile”-ın təqdim etdiyi “Mobil TV” xidmətindən yararlanmaqla abunəçilər mobil telefonlarından xəbər və idman verilişləri, həmçinin sevimli filmlərini izləyə bilərlər. Verilən məlumatda bildirilir ki, bu sahədə yeniliklərin tətbiqindən sonra xidmətdən istifadə edənlər çoxalıb.
“Mobil TV” xidməti vasitəsi ilə Az TV (Azərbaycan), ANS TV (Azərbaycan), “Azad Azərbaycan” (Azərbaycan), “İctimai TV” (Azərbaycan), “Show TV” (Türkiyə), ATV (Türkiyə), “Kral TV” (Türkiyə), “Lig TV” (Türkiyə), TNT (Rusiya) kimi kanalları telefonda canlı rejimdə izləmək mümkündür. “Mobil TV” xidmətindən yararlanmaq üçün telefonda *777#40#yes şifrəsini yığmaq və ya “TV30” yazaraq 777 nömrəsinə SMS göndərmək kifayətdir. Qeyd edək ki, xidmətdən aylıq istifadə haqqı 10AZN təşkil edir.




11/07/11    Çap et