Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada “Galaxy S III” smartfonu populyarlığa görə “iPhone 4S”-i ötüb


“Mobile Tracker”in məlumatına görə, Böyük Britaniyada “Samsung Galaxy S III” smartfonu populyarlığa görə “iPhone 4S”-i ötüb. “Apple” şirkətinin devaysı hazırda reytinqdə ikinci yerdə qərarlaşıb. “Galaxy S III” smartfonu çıxana qədər ikinci yerdə  “Galaxy S II” yerləşmişdi.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədqiqatı aparmış şirkətin ekspertinin sözünə görə, “Galaxy S III” smartfonunun belə yüksək populyarlığı onun istifadəçilərin ümidlərini doğrultması olub.

Məlumat üçün bildirim ki, reytinq ötən ay ərzində internetdə edilmiş axtarış sorğularının təhlilinə əsasən tərtib edilib.






EMİL





04/06/12    Çap et