Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” və “Facebook” barışır?


“Facebook” sosial şəbəkəsi və “Yahoo” internet-şirkətinin rəhbərliyi patent mübahisəsinin həll edilməsi üzrə danışıqlar aparırlar. Bu barədə vəziyyətlə tanış olan bir neçə mənbəyə  istinadən “AllThingsD” bloqu yazıb.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “Yahoo” və “Facebook” məhkəmə iddialarını geri çağıra və yaxın bir neçə həftə ərzində barışıq sazişi imzalaya bilərlər. Bundan əlavə, hər iki tərəf əməkdaşlıq üçün müxtəlif variantları nəzərdən keçirirlər.

Məlumat üçün bildirim ki, “Facebook” və “Yahoo” arasında patent mübahisəsi 2012-ci ilin martında başlayıb. “Yahoo” sosial şəbəkəni onlayn-reklam, veb-səhifələri fərdiləşdirmə, məxfiliyin sazlanması və s. aid olan bir neçə mühüm texnologiyanı “oğurlamaqda” ittiham etmişdi. “Facebook” aprelin əvvəlində qarşılıqlı iddia vermişdi.





 
EMİL





04/06/12    Çap et