Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Meebo” brauzer messencerini satın alacaq


“Google” korporasiyası bir sıra "sosial" internet-xidmətlər istifadəyə vermiş “Meebo” layihəsini satın almaq barədə saziş imzalayıb. Bu barədə “Meebo”nun bloqunda məlumat verilib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, sazişin qiyməti bildirilmir, lakin bundan əvvəl “All Things Digital” nəşrinin verdiyi məlumata görə, “Meebo”nu satın almaq  üçün “Google” şirkəti 100 milyon dollarından keçməli olacaq. İnternet-nəhəngin nümayəndələri qeyd ediblər ki, xidmətin tərtibatçıları “Google+” sosial şəbəkəsinin üzərində çalışacaqlar.

Məlumat üçün bildirim ki, “Meebo” şirkəti 2005-ci ildə yaradılıb. Şirkətin birinci və ən populyar məhsulu bir brauzerin pəncərəsində “ICQ” və “Google Talk” kimi ani mesaj xidmətlərindən istifadə etməyə imkan verən xidmətdir.



EMİL




05/06/12    Çap et