Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün gecəyarısından etibarən internet dəyişikliyə məruz qalıb


"Ümumdünya hörümçək toru"nun tarixində yeni fəsil açılıb. San-Xose şəhərində keçirilən beynəlxalq simpoziumda "Google" şirkətinin vitse-prezidenti Vinton Serf bildirib ki, bu gün Qrinviç üzrə gecəyarısı saat 05:00-da ünvanın uzunluğu 128 bit olan yeni "IPv6" internet protokolu istifadəyə verilib. Qeyd edək ki, indiyə qədər istifadə edilmiş "IPv4" protokolunda ünvanın uzunluğu 32 bit təşkil edirdi.

"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "internetin atası" adlandırılan Vinton Serf izah edib ki, "IPv4" protokolu 0.3 – 0.4 milyard internet-ünvan yaratmağa imkan verirdi. 2012-ci ilin fevralında bu ehtiyat bitdi. Yeni ehtiyat 340 trilyon trilyon trilyon (məhz bu qədər) ünvan üçün hesablanıb.




 
EMİL





06/06/12    Çap et