Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədəki saytların sayı 700 milyona yaxınlaşır


“Netcraft” analitik şirkətinin dərc etdiyi iyun hesabatına əsasən, 2012-ci il iyunun 1-də qlobal şəbəkədə 697089482 sayt fəaliyyət göstərib. Bu göstərici keçən ayla müqayisədə 5,1 faiz və ya 34 milyon çoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son ay ərzində bütün əsas veb-serverlərin  bazası artıb. “Apache” veb-serverlər arasında lider olaraq qalır. Hazırda onun bazasında 448 milyon host yerləşir.








 
EMİL





07/06/12    Çap et