Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” haqqımızda nəyi bilir?


"Twitter" sizin nə zaman yatdığınızdan xəbərdardır."İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Google"-un mühəndisləri Manuel Rios və Cimmi Li mesajların fəallığını təhlil ediblər və iri şəhərlərdə yaşayan sakinlər haqqında bir neçə maraqlı fakt aşkar ediblər.

Məsələn, İstanbul sakinləri qışla müqayisədə yayda daha az yatırlar, amma Braziliyanın San-Paulo şəhərinin istifadəçiləri nahardan sonra yatırlar, çünki burada tvitlərin sayı nahardan sonra kəskin azalır.

Nyu-York sakinləri həm gündüz, həm də axşam eyni intensivliklə tvit yazırlar, tokiolular isə intizamlı işçidirlər; burada istifadəçilərin fəallığı yerli vaxtla saat 10:00-dan 18:00-dək aşağıdır, qış və yay fəsillərində mesajların sayı arasındakı fərqlər praktik olaraq müşahidə olunmur.



 
EMİL





08/06/12    Çap et