Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Nokia" ən sevilən telefon brendidir


Bakı əhalisi arasında aparılan sorğunun nəticələrinə görə, “Nokia” mobil telefon kateqoriyası üzrə ən sevimli brenddir.

Sorğunun nəticələri üzrə tərtib olunan reytinq cədvəlinə əsasən, əhalinin əksər hissəsi, yəni 72%-i "Nokia" şirkətinin mobil telefonlarına üstünlük verir.

Sonra bu siyahıda "Samsung" - 7,5%, "Sony Ericsson"- 4%, "Panasonic" - 2%, "Motorola" -1,5% və "Siemens" - 1% brendləri yer alıblar. "Business Insight" şirkətində belə vəziyyətin səbəblərini izah edərkən bildiriblər ki, aparıcı brendlər həmçinin daha çox reklam olunurlar. Nəticədə, alıcıların bir çox hallarda bunu inkar etmələrinə baxmayaraq, onlar telefon alarkən məhz reklamlara əsaslanırlar.






RƏVAN




09/06/12    Çap et