Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkətinə qadağa qoyulub


“Microsoft” korporasiyası “HTC” şirkətinə “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet istehsalını qadağan edib. Bu barədə   mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, proqram nəhənginin belə qərar qəbul etməsinə səbəb “HTC” şirkətinin planşet bazarında təcrübəsinin az olması, həmçinin Tayvan şirkətinin satış həcminin aşağı olması ilə bağlıdır.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, “Windows 8” ƏS-i işləyən ilk planşetlərin 2012-ci ilin  noyabrında çıxacağı gözlənilir.
 




EMİL





09/06/12    Çap et