Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası Stiv Cobsun xatirəsini anacaq


"Apple" korporasiyası “WWDC” konfransının açılışı ərəfəsində şirkətin istehsalı olan məhsulların pərəstişkarlarına Stiv Cobsun xatirəsini qara sviter geyinməklə anmağı təklif edib.

"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, əgər siz Stiv Cobsun xatirəsini anmaq və  konfransda "Apple" şirkətini salamlamaq istəyirsinizsə, iyunun 11-15-dək qara sviter geyinmək aksiyasına qoşulun, - şirkətin press-relizində belə deyilib.

Məlumat üçün bildirək ki, Stiv Cobs 200-dən çox ixtiranın müəllifidir. “Apple” korporasiyası onun rəhbərliyi altında dünyanın  ən bahalı şirkətinə çevrildi. O, 2011-ci il oktyabrın 5-də 56 yaşında  dünyasını dəyişib.




 
EMİL





09/06/12    Çap et