Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün aktivləşdirilən “Android” qurğuların sayı 900 mini ötüb


Dünyada hər gün “Google” şirkəti tərəfindən hazırlanmış “Android” platforması ilə işləyən 900 mindən çox qurğu aktivləşir. Bu göstərici 1 il ərzində təxminən 2 dəfə artıb. Bu barədə “Android” hazırlamasının rəhbəri Endi Rubin “Twitter” xidmətindəki mikrobloqunda məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, son vaxtlar “Android” qurğuların artım tempi azalmağa başlayıb; 2012-ci ilin fevralında Endi Rubin gündəlik 850 min aktivləşmə haqqında məlumat vermişdi. Beləliklə, təxminən 3 ay ərzində bu göstərici yalnız 50 min artıb.

Analitik şirkətlərin məlumatına əsasən, “Android” əməliyyat sistemi smartfon bazarında 60 faiz bazar payı ilə liderlik edir.
 



EMİL





11/06/12    Çap et