Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mac Os X” əməliyyat sisteminin çıxarılma tarixi məlum olub


"Mac OS X Mountain Lion" əməliyyat sistemi (ƏS) 2012-ci ilin iyulunda işıq üzü görəcək. Bu barədə ƏS-nin istehsalçısı olan "Apple" şirkəti "WWDC" konfransında elan edib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Mac OS X Mountain Lion" ƏS-ni "Mac App Store" internet mağazasından satın almaq mümkün olacaq. ƏS-nin əvvəlki versiyalarını ("Lion" və "Snow Leopard") quraşdırmış şəxslər 19,99 ABŞ dollar ödəməklə yeni ƏS-nə sahib ola bilərlər.

"Mac OS X Mountain Lion" əməliyyat sistemini kompyuterə  quraşdırmaq üçün 2 qiqabayt əməli yaddaş və diskdə 8 qiqabayt boş sahə tələb olunur.



 
EMİL





12/06/12    Çap et