Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“App Store”yə böyük istifadəçi marağı var


"Apple" korporasiyasının əməkdaşları "WWDC 2012" konfransında yeni aparat və proqram məhsullarının təqdim edilməsindən savayı, həmçinin "App Store" tətbiqlər mağazasının uğurlarından da bəhs ediblər.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən  bildirir ki, hazırda "App Store" mağazasında şirkətin mobil qurğuları üçün nəzərdə tutulmuş 650 mindən çox tətbiq və oyun mövcuddur. Bu halda 225 mindən çox tətbiq "iPad" planşeti üçün yaradılmış proqram məhsuludur.

"Apple" şirkətinin nümayəndələri, həmçinin bildiriblər ki, tətbiqlər  mağazasında 400 milyondan çox hesab qeydiyyatdan keçib. İstifadəçilər 30 milyondan çox oyun və tətbiq yükləyiblər.

 



EMİL





13/06/12    Çap et