Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hərbçilərinin serverləri “qırılıb”


“Anonymous” haker qrupu “Booz Allen Hamilton” Amerika hərbi podratçısının İT sistemlərini “qırması” haqqında bəyanat yayıb. “Qırma”dan sonra hakerlərin əllərinə 90 000-dən çox elektron ünvan və ABŞ hərbçilərinin şifrələri keçib. “Booz Allen” şirkətində hələlik bu hadisəni təhlükəsizliyin daxili reqlamentinə istinad edərək şərh etmirlər.
“Anonymous” bildirib ki, “email“dən savayı kəşfiyyat bölmələrinin əməkdaşlarına aid olan informasiyanın əhəmiyyətli hissəsini əldə ediblər və bu, gələcəkdə digər agentlik və podratçıların İT sistemlərinə giriş üçün istifadə edilə bilər. "Biz “Booz Allen” şəbəkəsində serverə daxil olduq, çünki orada təhlükəsizliyin elementar vasitələri belə yox idi" – hakerlərin bəyanatında bildirilib. Həmçinin qrup resursunda ələ keçirilmiş informasiya ilə torrent fayllara bağlantılar dərc edilib.
Xatırladaq ki, keçən həftə “Anonymous” qrup üzvləri Arizona ştatının polisinə aid olan İT sistemləri qırmaları haqqında məlumat yayılıb. Həmçinin keçən həftə Türkiyə, İspaniya və Böyük Britaniya hakimiyyəti bir neçə “Anonymous” iştirakçısının tutulması üçün əməliyyat keçirib.




12/07/11    Çap et