Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hierro adası dünyada pulsuz internetlə təchiz edilmiş ilk ada olacaq


İspaniyanın Hierro adası dünyada pulsuz “Wi-Fi” şəbəkəsi ilə təchiz edilmiş ilk ada olacaq.
Ölkənin sənaye, energetika və  turizm Nazirliyi tərəfindən həyata keçirilmiş layihə çərçivəsində 26 “hot-spot” yerləşdiriləcək.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, hakimiyyət pulsuz “Wi-Fi” şəbəkəsinə əlavə olaraq həmçinin mobil qurğular üçün nəzərdə tutulmuş "Hierro səni müşayiət edir" (El Hierro te sigue) xüsusi proqram tətbiqini hazırlayıblar. Tətbiq vasitəsilə ada və onun turizm xidmətləri haqqında informasiya əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Hierro adası Kanar arxipelaqında yerləşən ən kiçik adadır. Onun ümumi ərazisi 278 kvadrat kilometr, əhalisinin sayı isə təxminən 11 min təşkil edir.


 
 

 
EMİL





14/06/12    Çap et