Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərin telefon nömrələrini müəyyənləşdirmək niyyətindədir


“Facebook”un saytda açdığı xüsusi bölmədə hesabın təhlükəsizliyinin gücləndirilməsi, spamla mübarizə və kompyuter savadının artırılması üzrə tövsiyələr toplanıb. Bundan əlavə, sosial şəbəkə istifadəçilərdən mobil telefon nömrələrini qeyd etməyi təklif edib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əgər hesab “sındırılsa”, bu tədbir sayəsində parolu tez  bərpa etmək mümkün olacaq. Belə ki, “Facebook” istifadəçiyə kod olan SMS mesaj göndərəcək. İstifadəçi həmin kodu daxil etməklə öz hesabını bərpa edə bilər.Telefon nömrəsini daxil etmək təklifi yerləşmiş blok xəbər xəttinin yuxarı hissəsində əks olunur.
 






EMİL





16/06/12    Çap et