Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İflic olmuş britaniyalı “Twitter”də mesajı gözləri vasitəsilə yazıb


Britaniya vətəndaşı Toni Niklinson “Twitter”də gözləri vasitəsilə mesaj yazan ilk istifadəçi olub. O, 2005-ci ildə iflic xəstəliyinə tutulub. Toni Niklinson mesajların yazılması üçün göz hərəkətlərinin izlənilməsi texnologiyasından istifadə edir.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 57 yaşlı britaniyalı Toni Niklinsonun gözləri vasitəsi ilə yazdığı birinci tvitin mətni aşağıdakı kimidir: "Hello world. I am Tony Nicklinson, I have locked-in syndrome and this is my first ever tweet". Birinci tvitin yazılmasından keçən 1 sutka ərzində onun abunəçilərinin sayı 2500 olub. Hazırda onların sayı 6900-ə çatıb.

Niklinson gözləri vasitəsilə mətn yazmaq imkanından yalnız “Twitter”də deyil, həm də məhkəmə ilə yazışma üçün istifadə edir. O, məhkəmədən ona öz həyatına son qoymaq hüququnun verilməsini xahiş edir.





 
EMİL





16/06/12    Çap et