Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” şirkəti “iPad” planşeti üçün brauzer hazırlayacaq


“Mozilla” şirkəti “iPad” planşeti üçün brauzer hazırlayır. Brauzer “Junior” adlanacaq.“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, yeni brauzer “Webkit” mühərrikinə əsaslanacaq, halbuki  “Firefox” brauzeri “Gecko” mühərrikindən istifadə edir. Proqramın tərtibatı da, həmçinin başqa cür olacaq.

Brauzer yarımşəffaf “Geri” və “Üstəgəl” düymələri vasitəsilə idarə olunacaq. Onlar ekranın mərkəzi hissəsində yerləşib. İstifadəçi "Üstəgəl" düyməsinə sıxdıqda son açılmış səhifələrin siyahısını, əlfəcini, ünvan sətrini görəcək.Brauzerin xüsusiyyətlərindən biri də müxtəlif istifadəçilər üçün bir neçə hesabın yaradılması imkanı olacaq.
 
“Mozilla” artıq bir neçə aydır ki, brauzerin hazırlanmasını həyata keçirir, lakin brauzerin dəqiq çıxarılma müddəti hələ ki  naməlumdur.
 


EMİL





18/06/12    Çap et