Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda aviabiletlərin onlayn satışı üzrə sayt istifadəyə verilib


Azərbaycanda  aviabiletlərin onlayn satışı məqsədilə “http://www.onetwotrip.az/” saytı istifadəçilərin ixtiyarına verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  internet layihəsi  əhaliyə vaxtına qənaət etməklə bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə lazımi bileti almaq  imkanını təqdim edir.

Bilet almaq  üçün istifadəçinin tarix və sərnişin barədə məlumat daxil etməsi tələb olunur, sonra isə sistem  bütün vergilərlə bərabər ümumi məbləği göstərir.

Biletlərin saytda qeydiyyatdan keçmədən alışı prosesi bir neçə dəqiqə ərzində mümkündür. Bilet haqqını ödəmək üçün beynəlxalq ödəniş kartlarından istifadə etmək olar. Ödənişdən sonra isə bilet alıcının elektron ünvanına göndərilir.
“OneTwoTrip” dünyanın 500-dən çox aviaşirkəti ilə əməkdaşlıq edir.






CAHANGİR





20/06/12    Çap et