Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar insanlardan daha həssasdırlar?


Amerikanın Cənubi Kaliforniya Universitetinin əməkdaşları “BioTac” adlı yeni robot təqdim ediblər. Robot toxunduğu  materialı insandan daha dəqiq müəyyən edir. Alimlər robotun süni barmaqlarının həddən artıq həssas alınması üçün xüsusi datçiklərdən istifadə ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, robotun barmaqları xüsusi süni dəri ilə örtülüb. “BioTac” robotu 117 müxtəlif material üzərində sınaqdan keçirilib; onları tanıma dəqiqliyi 95 faiz təşkil edib. Robot datçik sayəsində, həmçinin toxunduğu obyektlərin temperaturunu hiss edə bilir.

“BioTac” robotunun yaradıcıları onların hazırladığı texnologiyanın  bir çox sahələrdə tətbiq ediləcəyinə əmindirlər.





 
EMİL





20/06/12    Çap et