Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı istifadəçi “LinkedIn” sosial şəbəkəsindən 5 milyon dollar tələb edir


"LinkedIn" sosial şəbəkəsinin istifadəçisi Amerikanın İllinoys ştatında yaşayan Keti Şpirka (Katie Szpyrka) məlumat itkisinə görə ona qarşı iddia qaldırıb. Keti saytı istifadəçilərin onlayn-təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edərək 5 milyon dollar tələb edir.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, iddiaçının sözlərinə görə, "LinkedIn" sosial şəbəkəsi  onların şəxsi məlumatlarının kibertəhlükələrdən mühafizəsi üzrə istifadəçilər qarşısındakı öhdəliklərini yerinə yetirməyib. Kaliforniya məhkəməsinə verilmiş iddiada Keti Şpirka sosial şəbəkədən 5 milyon dollar tələb edir.

"LinkedIn" sosial şəbəkəsinin nümayəndəsi Erin O'Xarra (Erin O'Harra) iddianı əsassız adlandırıb. "İstifadəçi hesablarının heç biri  "sındırılmayıb" - o bildirib.

Məlumat üçün bildirək ki, "LinkedIn" - peşəkar tanışlıqlar üçün dünyada ən populyar sosial şəbəkələrdən biridir. 2012-ci ilin fevralına olan məlumata görə, bu şəbəkə istifadəçilərinin sayı 150 milyonu ötüb.


EMİL





21/06/12    Çap et