Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərinə mesajlarını redaktə etmək imkanı yaradılacaq


“Facebook” sosial şəbəkəsinin tərtibatçıları bu yaxınlarda şərhləri redaktə etmək funksiyasını istifadəyə verəcəklər. İstifadəçilər bu funksiya sayəsində yazılarını redaktə edə biləcəklər. Lakin redaktə yaddaşda saxlanılacaq və istifadəçilər istənilən vaxt konkret yazının necə dəyişdirilməsinə və müəllifin hansı düzəlişlər etməsinə baxa biləcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, yeni funksiya yaxın günlərdə istifadəyə veriləcək.








 
EMİL





22/06/12    Çap et