Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” sirrini faş etdi


“Google” təsadüfən “Android” platformasının smartfon və planşetlər üçün nəzərdə tutulmuş növbəti versiyasının sirrini açıb. Yeni əməliyyat sisteminin sıra nömrəsi 4.1, kod adı “Jelly Bean”  olacaq. Bu barədə “Droid-Life” bloqu məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “Android” platformasının növbəti versiyası haqqında xatırlatma “Google Play” onlayn-mağazasında aşkar edilib. Belə ki, “Galaxy Nexus” smartfonunu səbətə qoyduqda "Google”-un ən yeni smartfonu, tezliklə - “Android 4.1 Jelly Bean” sistemilə birinci telefon" kimi yazı görsənib. Lakin tezliklə bu yazı silinib.

“Android 4.1” platformasının 2012-ci il iyunun 27-də San-Fransisko şəhərində açılacaq “Google I/O” konfransında təqdim ediləcəyi gözlənilir. Şirkət həmin tədbirdə, həmçinin 7 düymlü ekran (1280x768), “Wi-Fi” modulu, “Tegra 3” prosessoru və kameraya malik planşetini təqdim edə bilər.




 
EMİL





22/06/12    Çap et