Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Flame” virusunda əvvəllər müəyyən edilməmiş modul aşkar olunub


“Symantec” şirkətinin eksperti Vikram Takur əvvəllər “Flame” virusunda müəyyən edilməmiş və istifadəçi fayllarının silinməsi üçün nəzərdə tutulmuş modul aşkar edib. Məlumat üçün bildirək ki, bundan əvvəl “Flame” virusunun yeganə funksiyasının yalnız yoluxdurulmuş kompyuterlərdən məlumat toplamaq olduğu güman edilirdi.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, İran hakimiyyətinin nümayəndələri “Flame” virusunun ölkə nazirliklərindən birinin əsas terminalından bəzi məlumatları sildiyi barədə məlumat vermişdilər. O zaman ekspertlər hadisənin səbəbi barəsində vahid fikrə gələ bilməmişdilər, lakin Vikram Takurun bəyanatı bu hadisədə virusun “əli” olduğunu göstərir.

“The Washington Post” qəzetinin məlumatına görə, “Flame” virusu ABŞ və İsrailin xüsusi xidmət orqanları tərəfindən yaradılıb.




EMİL





22/06/12    Çap et