Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” təşkilatının yeni prezidenti seçilib


“ICANN” korporasiyasının yeni prezidenti Fadi Şehade olacaq.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, F.Şehade 2012-ci ilin oktyabrın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.

“ICANN” təşkilatının hazırki prezidenti Rod Bekstrom iyulun 1-də postunu tərk edəcək və prezident vəzifəsini Akram Atalla icra edəcək. O, təşkilatda icraçı direktor vəzifəsində çalışır.

Məlumat üçün bildirək ki, Fadi Şehade “IBM” korporasiyasında aparıcı vəzifələrdə çalışıb. Bundan əlavə, o, 3 startap (Viacore, RosettaNet və Nett Information Group) yaradıb. Şehade hazırda  korporasiyalar üçün “bulud” xidməti göstərən “Vocado” şirkətinə rəhbərlik edir.





 
EMİL





23/06/12    Çap et