Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ vətəndaşları Azərbaycana gəlmək üçün vizanı onlayn şəkildə alacaq


Azərbaycanın ABŞ-dakı səfirliyi vizanın alınması üçün ərizələrin verilməsi qaydalarını asanlaşdırıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ölkəmizə səfər etmək üçün viza almaq istəyən ABŞ vətəndaşları artıq onlayn qaydada da müraciət edə bilərlər.

Bundan sonra Azərbaycana gəlmək üçün viza almaq məqsədi ilə ABŞ vətəndaşları «Travisa Outsourcing» sistemi vasitəsilə onlayn qaydada müraciət  edəcək. Bu yenilik vizalara artan tələbatın ödənilməsi, rahatlığın təmin olunması və prosesin operativliyinin izlənilməsi üçün nəzərdə tutulub. Vizanın alınması prosesi isə bütün zəruri sənədlər təqdim olunan gündən etibarən cəmi 10 iş günü çəkəcək.

Bununla yanaşı, iyunun 25-dən ABŞ vətəndaşları üçün Azərbaycana fərdi, biznes və turizm vizasının alınması rüsumu 160 dollar, tranzit vizası isə 20 dollar olacaq.

Xatırladaq ki, diplomatik və xidməti pasportlara sahib olan ABŞ vətəndaşlarının vizanın alınması üçün Azərbaycanın Konsulluq Xidmətinə müraciət etməsi tələb olunur.


SEYMUR





23/06/12    Çap et