Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avro-2012-nin finalı “Twitter”də “idman” rekorduna imza atıb


Avro-2012-nin final oyunu zamanı “Twitter” mikrobloqlar xidmətinin istifadəçiləri saniyədə 15 minə qədər tvit dərc ediblər. Bu barədə “Twitter”-in rəsmi bloqunda məlumat veriblər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, İspaniya dördüncü qolu vurduqda istifadəçilər saniyədə 15358 tvit dərc ediblər. “Twitter” qeyd edib ki, bu qədər həcmdə mesaj dərc edilməsi idman tədbirləri üçün rekorddur.Məlumat üçün bildirək ki, “Twitter” istifadəçilərin aktiv reaksiyasına səbəb olan rezonans hadisələri izləyir.
 






EMİL





02/07/12    Çap et