Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Genişzolaqlı internetdən istifadəçilərin əksəriyyəti DSL vasitəsilə qoşulublar


“Point Topic” şirkəti dünyada genişzolaqlı internetdən istifadənin hesabatını dərc edib. Genişzolaqlı internet (GZİ) operatorlarının 600 milyondan çox abunəçisi var. İl ərzində abunəçilərin artımı 11.5% təşkil edib. Abunəçilərin çoxu DSL xətlərilə qoşulurlar. Onların sayı cüzi azalır - ayda 0.5%.

İPTV-nin 65.6 milyon abunəçisi var, yəni bu xidmətlə qoşulan orta hesabla 10% istifadəçidir.Analitiklər hesab edirlər ki, İPTV-nin dünyada artımının səbəbi GZİ inkişafına söykənir. İkinci yerdə qoşulma texnologiyası nöqteyi-nəzərindən kabel modemləri durur.Optika ilə qoşulanların sayı tez-tez artır.





05/07/12    Çap et