Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kompyuter istifadəçiləri daha çox “Microsoft Word” standart tətbiq proqramından istifadə etməyi bacarırlar


Elektron biliklərin əldə olunması bu sahədə bacarıqların artmasına ciddi təsir edir. Statistika müşahidəsi göstərir ki, Azərbaycanda kompyuter istifadəçilərinin 65.1 faizi müəyyən səviyyədə elektron biliklərə yiyələnmiş insanlardır. 2010-cu ildə isə bu göstərici 56.4 faiz təşkil edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, kompyuter istifadəçiləri daha çox “Microsoft Word” və “Microsoft Excell” standart tətbiq proqram paketlərindən istifadə etməyi bacarırlar.

Belə ki, “Microsoft Word” proqramından yararlananlar 88.6 faiz, “Microsoft Excell” proqramından istifadəni bacaranlar isə 52.2 faiz olub. Bundan başqa, internet istifadəçilərinin 17.2 faizi məlumatları tapmaq üçün axtarış sistemlərindən istifadə edə bildiyini, 17.9 faizi elektron məktubların göndərilməsi sahəsində biliklərinin olmasını qeyd edib.
 


HƏQİQƏT





05/07/12    Çap et