Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Region universitetlərində də “Wi-Fi” sistemi quraşdırılacaq


“IREX-Azərbaycan” nümayəndəliyi Azərbaycanda “Yeni Media” layihəsi çərçivəsində USAID-in maliyyə dəstəyi ilə region universitetlərində də “Wi-Fi” sisteminin  quraşdırılmasını planlaşdırır. Bu universitetlər Gəncə, Lənkəran və Sumqayıt universitetləri,  Mingəçevir Politexnik İnstitutu  ola bilər.

 “IREX-Azərbaycan” nümayəndəliyindən verilən məlumata görə, “Wi-Fi” sistemi əsasən təhsil ocaqlarının tələbə kitabxanasını, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılır. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilir

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinə qədər “IREX-Azərbaycan” təşkilatı USAID-in maliyyə dəstəyi ilə Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetində də “Wi-Fi” sistemi quraşdırıb.



RƏVAN





09/07/12    Çap et