Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSMF-nin avtomatlaşdırılmış mərkəzi məlumat bazasında ölkə əhalisinin 3/1-i barədə dəqiq məlumatlar toplanıb


Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara cavab verən avtomatlaşdırılmş mərkəzi məlumat bazasında ölkə əhalisinin 3/1-i, yəni 1 275 min nəfər pensiyaçı və 2 milyondan artıq sığortaolunan barədə dəqiq məlumatlar toplanıb. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 6 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir.

Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir: “Bundan başqa, “Əmək pensiyaları haqqında” qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Amma son vaxtlar bəzi ekspertlər tərəfindən Azərbaycanda yaşa görə pensiya alanların pensiyada olma müddətinin kişilər üçün 3 il, qadınlar üçün isə 5 il təşkil etdiyi barədə ictimaiyyəti çaşdıran məlumatlar yer almaqdadır.

Bununla bağlı bildiririk ki, həmin məlumatlar həqiqətə uyğun deyil və Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir”.
 
 
HƏQİQƏT





09/07/12    Çap et