Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 4S” partladı (VİDEO)


Finlandiyada 17 yaşlı bir şagirdin cibindəki “iPhone 4S” partladı. Cibindən çıxan tüstünün fərqinə varan gənc başına gələn hadisə nəticəsində şoka düşdü.

17 yaşındakı Henri Helminen telefonu 3 aydan çox bir müddətdə istifadə etdiyini açıqladı. Finlandiya mətbuatı hadisə ilə bağlı videogörüntünü də yayımlayıb.

Belə ki, hadisə təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Henri “iPhone” istehsalçısı “Apple” ilə əlaqə saxladığını bildirib. "Telefonu 3 aydır problemsiz bir şəkildə istifadə edirdim. Daha əvvəl istiləşmə belə meydana gəlməmişdi”.

“Apple” telefonu araşdırmağı qərara alıb. Henrini işə aparan atası Juho Helminen də "Əvvəl oğlumun siqaretə başladığını düşündüm, lakin daha sonra qışqırmağa başlayınca köməyə qaçdım. O gün işə bir saat erkən getdiyi üçün faciənin astanasından qayıtdıq"- dedi. Bundan əlavə Henrinin əlində yanıq izi meydana gəldiyi qeyd edilib.Digər tərəfdən, “Apple” həvəskarları yaşananların gerçəyi əks etdirmədiyini iddia ediblər.


RƏVAN





09/07/12    Çap et