Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL


Regionlarda abunəçilərin internet xidmətlərindən daha keyfiyyətli istifadəsi üçün səmərəli tədbirlər həyata keçirilir. Bu məqsədlə “Aztelekom”İB kəndlərdə ADSL avadanlıqlarının alınıb qurulması məqsədilə tender elan edib.
Tenderin şərtlərində genişzolaqlı internetə çıxış avadanlığı ilə yanaşı internetin kənd yerlərinə daha keyfiyyətli çatdırılması məqsədilə əlavə avadanlıqların da (transmissiya) qurulması nəzərdə tutulur ki, bu da sakinlərin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaq.
Tenderin baş tutmasından sonra “Aztelekom”İB-nin ən ucqar dağ kəndlərində belə hər bir ev üçün genişzolaqlı internet layihəsi uğurlu həllini tapacaq.
 






01/06/11    Çap et