Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Safari” brauzerinin istifadəçilərini izləmək “Google”-a baha başa gələcək


“The Wall Street Journal”-ın məlumatına görə, “Google” şirkəti ABŞ-ın Federal Ticarət Komissiyasına “Safari” brauzerinin istifadəçilərinin məxfilik qaydalarını pozduğuna görə 22,5 milyon dollar həcmində cərimə ödəyə bilər.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Google”-u istifadəçiləri izləməkdə ifşa etmişdilər; şirkət bundan ötrü “Safari” brauzerinin stolüstü və mobil versiyalarındakı boşluqdan istifadə etmişdi. “İnternet Explorer” brauzeri ilə də oxşar vəziyyət yaranmışdı, lakin o zaman mübahisədən yaxa qurtarmaq mümkün olmuşdu.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, axtarış nəhəngi, öz növbəsində bildirir ki, hər hansı məxfi informasiya toplamayıb, sadəcə daha münasib informasiyanın təqdim edilməsi üçün “cookie” fayllardan istifadə edib.




EMİL





10/07/12    Çap et