Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması üçün yaradılmış ziyanverici proqramların sayı 20 mini ötüb


Mobil qurğular üçün antivirus həlləri hazırlayan "Trend Micro"  şirkətinin dərc etdiyi yeni hesabatda qeyd edilib ki, "Android" platforması üçün ziyanverici proqramların sayı 20 mini ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, ən çox yüklənən ziyanverici proqramların 30 faizi digər  məşhur adlar altında maskalanan proqram və oyunlardan ibarətdir.

Bir qayda olaraq, belə proqramlar kənar saytlar vasitəsilə yayılır, rəsmi proqramlar kimi eyni ada və təsvirə malikdir,  lakin sonra məlum olur ki, bunlar ziyanverici koda malik dəyişilmiş versiyadır.




 
EMİL





11/07/12    Çap et