Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərin kompyuterlərini viruslardan təmizləyəcək


“Facebook” sosial şəbəkəsi “Malware Checkpoint” adlı antivirus xidməti istifadəyə verib. Bu barədə “Facebook Security”-nin rəsmi  səhifəsində məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, xidmət kompyuterlərində ziyanverici proqramların olmasından şübhələnən istifadəçilər üçün nəzərdə tutulub. O, virusun istifadəçi adından təhlükəli məzmun göndərməsinin qarşısını almaq üçün  “Facebook”da hesabı müvəqqəti bloklayır.

Bundan sonra “Malware Checkpoint” xidməti yoxlama həyata keçirir və virusu 2 pulsuz alətdən biri (“Microsoft Security Essentials” və ya “McAfee Scan and Repair”) vasitəsilə silir.Kompyuter viruslardan təmizləndikdən sonra hesab blokdan çıxarılır.
 




EMİL





11/07/12    Çap et