Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-dan fotoqraflar üçün yeni sosial şəbəkə (Video)


“Google” fotoqraflar üçün yeni sosial şəbəkə xidmətini – “Photovine” istifadəyə verməyə hazırlaşır. Yeni resurs haqqında ətraflı informasiya verilməsə də, burada mobil telefon kamerasında hazırlanmış operativ şəkillərin yüklənməsi gözlənilir. Fotomaterialların yerləşdirilməsi təxminən “Twitter”dəki alqoritm üzrə reallaşdırılır. Əgər istifadəçi “Photovine” xidmətinin digər iştirakçılarının fotolentasına abunə olursa, onda o, real vaxtda yüklənən məzmun axınını görə bilər.







14/07/11    Çap et