Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər daha ucuz qiymətə printer sifariş edə biləcəklər


Hewlett-Packard-ın (HP) rəngli printerlər üçün istehsal etdiyi katric və mürəkkəblərin satışı şirkət üçün printerlərin özlərinin satışından az gəlirli biznes hesab olunmur. Məhz bu səbəbdən HP İnstant Ink kommersiya xidmətinin yaradılması zərurəti ortaya çıxmışdır.
 
www.osp.ru saytının məlumatına əsasən, şirkət printer sahiblərinə mürəkkəb qurtardığı zaman yeni katriclər göndərməyə söz verir. Belə ki, ehtiyac olduğu zaman HP-nin yerli bölməsinə ismarıc göndərmək üçün printer İnternetə qoşulmalıdır.
 
Şirkət iddia edir ki, il ərzində printer sahibləri üçün katriclərin əldə edilməsinin bu üsulu onları adi qayda ilə əldə etməkdən 1,5 dəfə ucuz başa gələcək.





13/07/12    Çap et