Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internet istifadəçilərinin 40.9 faizi ali təhsillidir


Azərbaycanda 2011-ci ilin əvvəlinə 15-74 yaş qrupunda olan əhalinin hər 100 nəfərindən 65-i internet istifadəçisi olub. İstifadəçilərin 44.7 faizi yaşadığı evdə (mənzildə), 10.1 faizi internet-klublarda, 17.8 faizi iş yerində, 8.9 faizi təhsil müəssisəsində, 0.5 faizi kitabxanada, 18.0 faizi isə digər yerlərdə internet şəbəkəsinə qoşulub. Ota hesabla hər gün internetdən istifadə edənlərin internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 60.5 faizdir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Azərbaycanda əhalinin internetdən istifadəsi ilə bağlı sorğu aparan komitədən bildirilib ki, internet istifadəçilərinin 36.2 faizi 15-24 yaş qrupunda olan gənclərdir: "Yaşı 65-74 yaş qrupunda istifadəçilərin ümumi sayda xüsusi çəkisi 0.2 faiz təşkil edir. İstifadəçilərin 40.9 faizi ali təhsillidir. İnternetdən informasiya axtarmaq məqsədilə istifadə edənlər ötən il daha çox olub, hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artıb".

HƏQİQƏT




14/07/12    Çap et