Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Marissa Mayer “Yahoo”-nun yeni baş direktoru təyin edilib


Vaxtilə “Google”-un idarə heyətində çalışmış Marissa Mayer “Yahoo!”-nun yeni baş direktoru təyin edilib. “Yahoo!”-nun rəsmi bəyanatında bildirilib ki, Marissa Mayer vəzifələrinin icrasına iyulun 17-dən etibarən başlayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Yahoo!” internet-şirkətində baş direktor vəzifəsi 2012-ci il mayın 13-dən, Skott Tompsonun işdən azad edilməsindən  sonra boş qalmışdı.

Tompsonun tərcümeyi-halındakı səhvlə bağlı yaranmış qalmaqal onun istefa verməsi ilə nəticələndi.
Tompsonun istefasından sonra “Yahoo!”-nun müvəqqəti baş direktoru “Fox Interactive Media”-nın sabiq prezidenti Ross Levinson təyin edilmişdi.

37 yaşlı Marissa Mayer “Google”-un ilk əməkdaşlarından biri olub; o, şirkətdə 1999-cu ildən çalışır. Mayer son bir neçə il ərzində “Google”-un kartoqrafiya xidmətləri bölməsinə rəhbərlik edib.


EMİL





17/07/12    Çap et