Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda İP TV xidməti genişlənir


Regionlarda İP TV xidməti genişlənməkdədir. NGN şəbəkəsinin genişlənməsi bu xidmətdən istifadə edənlərin sayını artırmaqdadır. “Aztelekom”İB-dən verilən məlumata görə, artıq Şamaxının ardınca Gəncə, Sumqayıt, Göyçay, Salyan və Kürdəmir rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması bu xidmətdən istifadə edənlərin sayının daha çox olacağını söyləməyə əsas verir. İlk olaraq rabitə şəbəkəsi NGN texnologiyası əsasında qurulan Şamaxıda hazırda 20-dən çox abunəçi İP TV xidmətindən istifadə edir.
Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və video informasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.
Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb səhifələr, elektron poçt, video konfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
 






01/06/11    Çap et