Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən böyük botnetlərdən biri neytrallaşdırılıb


“FireEye”, “Spamhaus” və “CERT-GIB”-in təhlükəsizlik məsələləri üzrə ekspertləri dünyada ən böyük botnetlərdən birini neytrallaşdıra bilib.

Ekspertlərin hesablamalarına görə, “Grum” dünyada “Cutwail” və “Lethic”-dən sonra üçüncü ən böyük botnetdir. Ən azı 100 min virusa yoluxdurulmuş kompyuterdən ibarət olan şəbəkə spamın göndərilməsi üçün istifadə olunurdu. Spam məktubların ümumdünya həcminin 18 faizi “Grum” botnetinin payına düşürdü.

Mütəxəssislər bu həftə ərzində botnetin Hollandiya və Panama ərazisində yerləşən idarəetmə serverlərini neytrallaşdırıblar. Lakin, kibercinayətkarlar bundan sonra Ukraynada altı server aktivləşdiriblər. Bundan əlavə, əmr mərkəzlərindən biri Rusiya ərazisində fəaliyyət göstərib.

Bununla belə hazırda “Grum” botnetinin idarə etmə serverləri tamamilə neytrallaşdırılıb.Şəbəkəni işə salmış insanların şəxsiyyəti hələ təyin edilməyib.


EMİL





21/07/12    Çap et