Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz internet operatoru Milli Mətbuat günü münasibətilə kampaniya keçirir


"Sazz 4G İnternet" Milli Mətbuat günü münasibətilə iyulun 22-də jurnalistlərə "Sazz" USB modemi hədiyyə edəcək.  Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək tələb olunur.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Məlumatda bildirilir ki, müqaviləni imzalamaq üçün şəxsiyyət vəsiqəsi ilə yanaşı jurnalist vəsiqəsini də təqdim etmək lazımdır.

Media mənsubları modemləri iyulun 22-də "Sazz 4G" şirkətinin bütün satış nöqtələri, o cümlədən Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. Həmin gün şirkətə məxsus mağazalar axşam saat 22:00-a qədər açıq olacaq. 




CAHANGİR





21/07/12    Çap et