Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta Asiya ölkələrinin həmkarlar ittifaqları ilə görüş keçirilib


Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Türkiyə Haber-iş sendikası arasında Orta Asiya ölkələrinin həmkarlar ittifaqları ilə görüş  keçirilib. Görüşdə Rabitə İşçilərinin Həmkarlar İttifaqlarının Avrasiya İttifaqının yaradılması haqqında Ankara protokolu imzalanıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komitənin sədri Seymur Orucov məlumat verib.

Onun sözlərinə görə, bu İttifaqın yaradılmasında əsas məqsəd birgə fəaliyyət, işçilərin problemlərinin həll yollarını tapmaq və  bu istiqamətdə periodik seminarlar keçirmək, həmkarlar təşkilatlarının fəaliyyətindəki qabaqcıl təcrübəni öyrənmək, sərəncamlarında olan istirahət bazalarından yararlanmaqdır.






RƏVAN





24/07/12    Çap et